Honq Konqun Cathay Pacific Hava yollarına məxsus və içərisində 136 sərnişinin olduğu "CX715" saylı sərnişin təyyarəsi mühərrikinin yanması nəticəsində Sinqapura təcili eniş edib. SİA-nın xəbərinə görə, İndoneziyanın paytaxtı Cakartaya səfər edən Honq Konq Cathay Pacific Hava yollarına aid Airbus "A330-300" tipli sərnişin təyyarəsinin mühərriki səmada yanıb. Pilot 2 partlamadan sonra mühərrikdəki yanğını hiss edərkən təcili eniş etmək istəyib. Bundan sonra enməyə məcbur olan kapitan "Mühərriklərdən birini itirdik, digərində də problem var. Sakit olun!" anonsunu edib.
Pilot Bradley Chic rəhbərliyi ilə təyyarə Sinqapura enərkən təhlükəsizlik üçün boşaldılıb. 136 sərnişin təyyarədən çıxarılıb və alov 1 saat ərzində söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB