Fransada ötən sutka ərzində yeni növ koronavirusa 42 minə yaxın yoluxma halı qeydə alınıb

Fransada ötən sutka ərzində yeni növ koronavirusa 42 minə yaxın yoluxma halı qeydə alınıb
Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 41 869 yoluxma halı qeydə alınıb. SİA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 465 956 nəfərə çatıb. Məlumata əsasən, ötən sutka koronavirusdan 897 nəfər ölüb, ölənlərin ümumi sayı 94 275 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə