Kolumbiyanın mərkəzi hissəsində qızıl mədənində uçqun baş verib.
SİA-nın məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində Milli Dağ-Mədən Agentliyinin rəhbəri Xuan Migel Duran yazıb.
Agentliyin rəhəbri bildirib: "Keldas departamentinin Neira bələdiyyəsində yerləşən qızıl mədənindəki qəza səbəbiylə təcili yardım protokolu işə salınıb. Bizim hesablamalarımıza görə, 15 mədənçi itkin düşüb".
"El Espectador" qəzetinin məlumatına əsasən, mədəndə qəza torpaq sürüşməsi səbəbilə baş verib. Hadisə yerində xilasedicilər işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB