Medevedevlə Obama viza problemini müzakirə edəcək

Medevedevlə Obama viza problemini müzakirə edəcək

Rusiya prezidenti Dmitri Medvedev ABŞ prezidenti Barak Obama ilə görüşəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, görüş mayın 26-27 də Fransada "Böyük səkkizliklər" sammiti çərçivəsində baş tutacaq.

Aprelin sonunda Medvedev ABŞ prezidenti ilə viza problemi və digər məsələlər bağlı müzakirə aparamaq istədiyini bildirmişdi. Belə ki sammit çərçivəsində keçiriləcək görüşdə prezidentlər həmçinin raket əleyhinə müdafiə sahəsində vəziyyəti müzakirə edəcəklər .


Bütün xəbərlər Facebook səhifəmizdə