ABŞ prezidentinin xüsusi nümayəndəsi Orta Asiyaya səfəri çərçivəsində görüşlərə başlayıb
ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Marc Grossman Orta Asiyaya səfəri çərçivəsində Tacikistanın paytaxtı Düşənbəyə gəlib. SİA-nın xəbərinə görə, Qazaxıstan və Özbəkistan səfərlərindənm sonra Düşənbəyə səfər edən M.Grossman prezident İmomali Rahmon ilə görüşüb.
Görüş zamanı Tacikistan prezidenti ABŞ-ı beynəlxalq arenada önəmli ortaq olaraq gördüklərini bildirib. Prezident bu ölkə ilə qarşılıqlı uğurlara söykənən mühitdə əlaqələrin inkişaf etdirilməsinə səy göstərdiklərini deyib.
M.Grossman Tacikistanın Orta Asiya bölgəsindəki əhəmiyyətli bir siyasi rola malik olduğunu söyləyib.
Görüş zamanı İ.Rəhman ilə M.Grossman arasında Əfqanıstanda barış və sabitliyin təmin edilməsi istiqamətindəki ikitərəfli əlaqələr qiymətləndirilib. ABŞ hökumətinin nümayəndəsi M.Grossman Orta Asiya ilə Cənub Asiya arasındakı əlaqələri gücləndirəcək hidroelektrik stansiya, yüksək elektrik xətti, avtomobil və dəmiryolu kimi strateji proyektlərin həyata keçirilməsini dəstəkləməyə hazır olduqlarını vurğulayıb.
Mayın 17-dsən etibarən Orta Asiya səfərinə çıxan M.Grossman Qazaxıstan, Özbəkistan və Tacikistan ziyarətindən sonra Qırğızıstan, Pakistan və ən sonunda Əfqanıstanı ziyarət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB