75440 nəfər koronavirusdan ölüb Almaniyada

75440 nəfər koronavirusdan ölüb Almaniyada
Almaniyada son bir gündə 22 657 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 228 pasiyent dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb. İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 713 180 yoluxma halı aşkarlanıb, 75 440 ölüm faktı qeydə alınıb. İndiyə qədər 2,4 milyondan çox xəstə sağalıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə