Ermənistanda bir gün ərzində COVID-19-dan 24 nəfər ölüb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Respublikanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin saytında yer alan məlumatda qeyd olunur.
Məlumatda nəzərə çatdırılır ki, ölkədə virusa yoluxanların sayı artıq 185 mini keçib. Gün ərzində yeni yoluxma hadisələrinin sayı 801 olub. Həmçinin bildirilir ki, sutkada 3 721 test edilib.
Mərkəzin məlumatına görə ümumilikdə, 812 076 koronavirus testi aparılıb, bu vaxta qədər 3 384 nəfər ölüb, 11 278 xəstə isə hazırda müalicəsini davam etdirir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB