Polşalı həkimlər NATO-nun Brüsseldəki əməkdaşlarını koronavirus əleyhinə peyvənd edəcək

Polşalı həkimlər NATO-nun Brüsseldəki əməkdaşlarını koronavirus əleyhinə peyvənd edəcək

Bir qrup Polşalı həkim NATO-nun Brüsseldəki mənzil qərargahının işçilərini koronavirus əleyhinə peyvənd edəcək.

SİA-nın məlumatına görə, bu barədə Polşanın Baş naziri Mateuş Morabetski öz "Twitter" səhifəsində yazıb.

Öz növbəsində, Polşa hökumətinin başçısı Mixail Dvorçik bildirib ki, "AstraZeneca" şirkətinin peyvəndindən istifadə olunan zaman Polşa ehtiyatlarından istifadə ediləcək.

Onun sözlərinə görə, 20-dən çox Polşalı həkim Brüsselə gedəcək - həkimlər, tibb bacıları və xilasedicilər. Üç gün ərzində onlar Şimali Atlantika Alyans qərargahının təxminən 3,5 min əməkdaşını peyvənd edəcəklət.

Bütün xəbərlər Facebook səhifəmizdə