Dağıstanda güclü qar uçqunu olub, 4 minə yaxın insanla nəqliyyat əlaqəsi kəsilib

Dağıstanda güclü qar uçqunu olub, 4 minə yaxın insanla nəqliyyat əlaqəsi kəsilib

Dağıstanın Rutulski rayonunda güclü qar uçqunu olub.

SİA Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə 9 yaşayış məntəqəsinə gedən yollar bağlanıb.

Qeyd edilib ki, ərazidəki 779 mənzildə 976-sı uşaq olmaqla 3899 sakin məskunlaşıb. İnsanlar arasında tələfatın və dağıntıların olmadığı bildirilib. Hava şəraiti ilə əlaqədar olaraq əlaqə yollarının bərpasına səhər saat 08:00-da başlanılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə