Rusiyada cari ilin ilk iki ayında cinayətlər nəticəsində 4,3 min nəfər öldürülüb, 5,6 min nəfər isə xəsarət alıb.
"TASS"ın verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin yanvar-fevral ayları üzrə cinayətkarlığa dair vəziyyətlə bağlı statistikasında bildirilir.
Məlumatda deyilir: "2021-ci ilin ilk iki ayı ərzində müxtəlif cinayətlər nəticəsində 4,3 min nəfər öldürülüb, 5,6 min nəfərə isə ağır xəsarətlər yetirilib".
Qeyd edilir ki, şəhər və şəhər tipli yaşayış məntəqələrinin payına cinayətlər nəticəsində ölənlərin 62,7 faizi (2,7 min nəfər), digər yerlərə isə 37,3 faizi (1,6 min nəfər) düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB