Bayden amerikan qoşunlarının Əfqanıstandan çıxarılmasının vaxtı ilə bağlı hələ qərar verməyib

Bayden amerikan qoşunlarının Əfqanıstandan çıxarılmasının vaxtı ilə bağlı hələ qərar verməyib

ABŞ Prezidenti Cozef Bayden amerikan qoşunlarının Əfqanıstandan çıxarılmasının vaxtı ilə bağlı hələlik hər hansı bir qərar verməyib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Yeni Dehlidəki mətbuat konfransında deyib.

Pentaqon rəhbərinin sözlərinə görə, bu mövzuda rəhbərlik hərtərəfli prosesi davam etdirir və prezident həqiqətən bu qərarı vermək üçün çalışır: "Hazırda (Əfqanıstanda - red.) qalma müddəti və əsgər sayı ilə bağlı bir qərar verilməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə