ABŞ rəhbərliyi 1,2 min qanunsuz miqrantın yerləşməsi üçün 86 milyon dollar ayırıb

ABŞ rəhbərliyi 1,2 min qanunsuz miqrantın yerləşməsi üçün 86 milyon dollar ayırıb

ABŞ rəhbərliyi ölkənin Meksika sərhədinə yaxın otellərində təxminən 1,2 min qanunsuz miqrantın yerləşməsi üçün 86 milyon dollar ayırıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, miqrantlar Arizona və Texas ştatlarındakı otellərdə yerləşdiriləcəklər.

Bildirilir ki, ABŞ hökuməti ölkənin cənub sərhədlərindən gələn qanunsuz miqrant axını problemi ilə üzləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə