Koronavirusa yoluxma sayı artdı Ermənistanda

Koronavirusa yoluxma sayı artdı Ermənistanda

Ermənistanda son sutka ərzində daha 1071 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistanda bu günə qədər 183 127 yoluxma halı qeydə alınıb. Virusa yoluxanların 167 977-si sağalıb, 3332 nəfər isə ölüb. Hazırda 10 963 xəstə koronavirusdan müalicə olunur.

Dünən 5959 test keçirilib, onlardan 1071 nəfərdə yoluxma faktı təsdiqlənib. Son 24 saatda 12 ölüm qeydə alınıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə