Qananın şimalında avtobusun aşması nəticəsində 8 nəfər ölüb

Qananın şimalında avtobusun aşması nəticəsində 8 nəfər ölüb

Qananın şimalında, Savanna bölgəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

SİA "Sinxua" xəbər agentliyinə istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində 8 nəfər ölüb, 22 nəfər yaralanıb.

Yerli polisin məlumatına görə, sərnişin avtobusun aşmasına səbəb qarşıda gedən yük maşınından taxta qutunun yola düşməsi olub. Bu zaman avtobusun sürücüsü idarəetməni itirib və nəticədə avtobus çevrilib.

Faktla bağlı araşdırılma başladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə