Putin Rusiya Federasiyasının Belarusdakı səfirini vəzifəsindən azad edib

Putin Rusiya Federasiyasının Belarusdakı səfirini vəzifəsindən azad edib

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Mezentsevi vəzifəsindən azad edib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti cümə günü fərman imzalayıb.

Qeyd edək ki, 61 yaşlı diplomat bu vəzifəyə 2 il bundan əvvəl təyin edilmişdi.

Qeyd edək ki, "RİA Novosti" agentliyi Rusiyanın Belarusa təyin ediləcək səfir vəzifəsinə namizəd kimi Yevgeni Lukyanovun adının hallandığını yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə