Türkiyə-Avropa İttifaqı münasibətlərinin perspektivləri müzakirə olunub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqı Şurasının Prezidenti Şarı Mişel və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen birgə videokonfrans keçirib.
SİA xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb. Bildirilir ki, liderlər qarşılıqlı münasibətlər, regional proseslər, o cümlədən koronavirus pandemiyası ilə birgə mübarizəyə dair müzakirələr aparıblar.
Qarşılıqlı münasibətlərin inkişaf perspektivlərinə geniş yer ayrılan müzakirələrdə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Avropa İttifaqı əlaqələrinin gələcəyi ilə bağlı obyektiv və səmərəli yanaşma sərgilənəcəyinə ümidli olduğunu ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB