Pakistanın şimal-şərqində Əfqanıstandakı NATO güclərinə maye yanacaq daşıyan bir tankerdə baş verən partlayış və yanğın nəticəsində ən azı 16 nəfər ölüb. SİA-nın xəbərinə görə, dünən gecə tankerdə yaranan partlayışdan sonra yanğın baş verib. Tez bir zamanda yanğın nəzarət altına alınıb, ancaq səhər saatlarında ətrafdakı insanlar sızan maye yanacağı toplamayarkən yanğın yenidən başlayıb. Ölənlərin maye yanacağı toplayanların olduğu qeyd edilib.
Polis səlahiyyətlilərinin dediyinə görə, ilk partlayışa bir bomba səbəb olub.
Qeyd edək ki, Əfqanıstandakı NATO güclərinin ehtiyacları üçün Pakistandan bu ölkəyə çox sayda vasitələ nəqliyyat edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB