Çexiya koronavirus səbəbindən ölüm sayında əhali sayına görə dünyada birinci yerə çıxıb
Çex Respublikası koronavirus səbəbindən ölüm sayında əhali sayına görə dünyada birinci yerə çıxıb.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, son iki həftə ərzində 10.67 milyon sakini olan respublikada əhalinin hər 100 min nəfərinə 26 "COVID-19" daşıyıcısı xəstəsi ölüb. Sıralamada ikinci yer Sloveniyaya məxsusdur - son 14 gündə əhalinin hər 100 min sakininə 23 ölüm. Macarıstan 22 ölümlə üçüncü yerdədir.
Çex Respublikasının səhiyyə nazirliyi daha əvvəl ölkədə koronavirusun törətdiyi fəsadlar nəticəsində ölənlərin sayının son sutkada 215 olmaqla 24 117-yə çatdığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB