İran prezidenti Mahmud Əhmədinejadın köməkçisi Kazım Kiapaşa həbs olunub. SİA-nın xəbərinə görə, o, İranın Prezident Administrasiyasının rəhbəri və Əhmədinejadın prezident kürsüsündəki varisi hesab olunan İsfəndiyar Rəhim Maşainin silahdaşıdır. Hökumət administrasiyasında əsas vəzifələrdən birində çalışan K.Kiapaşa prezidentin köməkçilərinin fəaliyyətinnə nəzarət edib və kadr məsələləri ilə çalışıb.
Qeyd edək ki, bu vaxta kimi prezident Mahmud Əhmədinejad və Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Maşaiyə yaxınlığı ilə tanınan 25-ə yaxın insan həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB