Rusiyada yeni robotların fəaliyyətinə başlanılıb CANLI TƏƏSSÜRATI YARADIR

Rusiyada yeni robotların fəaliyyətinə başlanılıb CANLI TƏƏSSÜRATI YARADIR

Rusiyanın Promobot şirkəti “hiper-realist-humanoid robotlar” üçün işə başlayıb. SİA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, şirkətin yeni laboratoriyasında insana bənzər robotlar üçün “hiper-realist” dərilərin hazırlanması üzərində iş aparılıb. Sözü gedən laboratoriyada yeni “hiper-realist-humanoid robotlar”ın dərisi üçün xüsusi polimerlər və 3D printer üsulundan istifadə olunub. Şirkətin digər bölmələri hərəkətlərin emalı üçün aparat və proqram təminatlarının, həmçinin metal çərçivələrin hazırlanmasında iştirak edib. Mövzu ilə əlaqədar Rusiya mətbuatına danışan yeni laboratoriyanın rəhbəri, heykəltəraş Pyotr Çeqodayev bunları deyib: “Məqsədimiz yalnız realist deyil, eyni zamanda göz oxşayan insana bənzər robotlar etmək, bir az estetik toxunuş əlavə etməkdir. Burada Vladivostokda bunu etmək üçün hər cür şəraitimiz var, əminəm ki, yaxın gələcəkdə ixtisaslı bir irəliləyiş edəcəyik”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə