“Facebook” kitabı hazırlanır

“Facebook” kitabı hazırlanır

"Facebook" kitabı hazırlanır. SİA-nn xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeni kitab "Million Dollar Homepage" saytının müəllifi və sahibi Aleks Tyu tərəfindən hazırlanır. "Facebook" sosial şəbəkəsi ilə birlikdə həyata keçiriləcək layihə 3 milyon dollar qazandıracaq.

1250 səhifədən ibarət olan kitabda "Facebook" istifadəçilərindən 1 milyon insanın siması olacaq. Belə ki, dünyanın ən iri sosial şəbəkəsinin istənilən istifadəçisi burada öz şəklini yerləşdirə bilər.

Qeyd edək ki, sonra kitabın çap variantını hazırlanması nəzərdə tutulur.


Bütün xəbərlər Facebook səhifəmizdə