İspaniyada nümayişlər bu gün də davam edəcək. SİA-nın məlumatına görə, İspaniyanın bir sıra şəhərlərində davam edən nümayişlərdə, siyasi və iqtisadi sistemdə dəyişiklik istəyən gənclər, qadağalara baxmayaraq, sabah da nümayişə davam etməyə qərar veriblər. Başda Madrid və Barcelona olmaq üzrə çox sayda şəhərdə mayın 15-dən toplaşan gənclər sülh çağırışı edərək dövlətdə dəyişikliklər edilməsini tələb edirlər.
İspaniyanın baş nazirinin müavini, eyni zamanda daxili işlər naziri Alfredo Perez Rubalcaba, bu gün təşkil edilən mətbuat konfransında Sol Meydanındakı gəncləri meydandan uzaqlaşdırmaq üçün polis gücündən istifadə edilməsi ilə bağlı sualdan boyun qaçırıb: \"Təhlükəsizlik gücləri, bir problemin olduğu yerdə ikinci problemi yaratmaq niyyətində deyillər. Demokratiya, ispanlar tərəfindən alınan və qəbul edilən qaydalar toplusudur və bu qaydalar qanun adlanır. Əgər qanunlar tətbiq olunmasa demokratiya olmayacaq. Polis isə qanunları tətbiq etmək üçün lazım olanı bilir\".
Mövzu ilə bağlı İspaniyanın baş naziri Jose Luis Rodriguez Zapatero da açıqlama verib: \"Bu şənbə nələr olacağını gözləyib, gedişatı hamımız görəcəyik. Daxili işlər nazirliyinin nümayəndələrinin qaydalara uyğun şəkildə davranacağına əminəm\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB