İsraildə ötən sutka ərzində yeni növ koronavirusa 1718 nəfər yoluxub

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa  1718 nəfər yoluxub

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 718 nəfər yoluxub.

SİA-nın "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 822 507 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 790 136 nəfəri sağalıb, 6 047 nəfəri isə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə