Meksikada həbsxanada yanğın baş verib. SİA-nın məlumatına görə, hadisə nəticəsində 14 məhkum ölüb.
Əyalətin təhlükəsizlik səlahiyyətlisi Corc Domen hadisə haqqında məlumat verərkən bildirib ki, yanğının səbəbləri araşdırılır. 14 ölü olduğunu deyən Domen, ölü sayının artmasından narahat olduqlarını da vurğulayıb, çünki çox sayda ağır vəziyyətli yaralı var.
İlkin məlumatlara görə, yanğın həbsxananın psixiatriya bölməsində baş verib. Yanğına elektrik şəbəkəsində yaşanan problemin səbəb ola biləcəyi də ehtimallar arasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB