Dimitri Medvedev: “Mən belə Avropada yaşamaq istəmirəm”

Dimitri Medvedev: “Mən belə Avropada yaşamaq istəmirəm”
Rusiyanın baş qərargah rəisi ABŞ-a xəbərdarlıq edib. SİA-nın məlumatına görə, Nikolay Makarov bildirib ki, ABŞ nüvə silahı mövzusunda özbaşına hərəkət etsə dünyada yeni gərginliklər yarana bilər: \"ABŞ nüvə silahını Avropada yerləşdirməyi planlaşdırır. Lakin bu mövzuda Rusiyanın kifayət qədər nigarançılığı var. Əgər ABŞ bunu nəzərə almıyıb, öz bildiyini etə bu Rusiyanı pis vəziyyətdə qoya bilər. Belə məqamda isə Rusiya qarşılıq verə bilər və nəticədə silahlanma yarışı başlaya bilər, bu isə heç də xoş nəticələr verməz. Buna görə də, ABŞ yüz ölçüb bir biçməlidir. Düşünülmədən atılan addımlar sonradan düzəldilə bilməyən nəticələrə səbəb ola bilər\".

Rus general sülh istəyən ölkələrin hər qərarı ortaq verərək bütün fikirləri paylaşmağa məcbur olduqlarını nəzərə çatdırıb.

Xatırladaq ki, Rusiya prezidenti Dimitri Medvedev də məsələ ilə bağlı açıqlaması zamanı, NATO-nun nüvə silahı mövzusunda Rusiya ilə əməkdaşlıq etməməsinin soyuq müharibə dövrünün başlamasına səbəb ola biləcəyini qeyd etmişdi: \"Əgər nüvə silahı mövzusunda razılığa gəlmək mümkün olmasa, Avropa 1980-ci illərə geri dönə bilər. Mən şəxsən belə bir Avropada yaşamaq istəmirəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə