Yeni koronavirusa qarşı Britaniya və İsveç əczaçılarının hazırladıqları Astara Zeneca peyvəndinin tətbiqindən ilk dəfə imtina edən ölkə Kanadadır. Belə ki, bu ölkənin əhalisi adıçəkilən peyvəndin vurulmasına qarşı çıxır. SİA xəbər verir ki, sözügedən məlumatı CTV telekanalı yayıb.
İnformasiyanı adıçəkilən regionun hökuməti də təsdiq ediblər. Astara Zenecadan imtina Monrealda qeydə alınıb. Kanadanın digər regionlarından müvafiq qərarların verilməsi haqqında məlumat hələ ki, yoxdur.
Bundan əvvəl isə Kanadanın baş naziri Castin Trüdo kanadalılara adıçəkilən peyvədin təhlükəsiz olduğunu deyib və həmin preparatdan imtina etməyəyə çağırıb. Çünki o, ölkənin Səhiyyə Nazirliyi tərəfindən də təsdiq olunub.
Qeyd edilir ki, martın 11-də digər ölkə tərəfindən – Danimarkadan da bənzər məlumatlar yayılıb. Belə ki, bu ölkədə Astara Zeneca peyvəndindən istifadə müvəqqəti olaraq dayandırılıb.
Avropanın digər ölkələri, o cümlədən Almaniya, İslandiya, İrlandiya İtaliya, Norveç və Fransa da vaksinin bir sıra hallarda yaratdığı tromblaşma, eləcə də 50 yaşdan yuxarı olan insanların qanlarında trombositlərin sayının aşağı düşməsinə görə adıçəkilən preparatın istifadəsini dayandırıblar.
Ötən ilin dekabrın 14-dən başlayaraq Kanadada əhalinin peyvəndlənməsinə başlanılıb. Hazırda ölkədə amerikalıların Pfizer, Moderna, Johnson & Johnson və Brtitaniya və İsveçin Astara Zeneca vaksinləri istifadə olunub. Kanadanın 6,71% əhalisi, yaxud 2,5 milyon nədər vətəndaşı artıq peyvənləniblər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB