Böyük Britaniyada son sutka ərzində 5089 nəfər koronavirusa yoluxub
Böyük Britaniyada son sutka ərzində 5089 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 263 527 nəfərə çatıb.
SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 64 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 125 580 nəfərə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB