Suriyadakı uşaqların ölümü durmadan artır Yeni Faktlar ortaya çıxdı
Araşdırmalar göstərir ki, Suriyada ölkədaxili münaqişələrin başlandığı zaman 2011-ci ilin mart ayından bu günə qədər 12 min uşaq həyatını itirib və ya yaralanıb.
Birləşmiş Millətlərin (BM) statistikasına görə, milyonlarla uşaq uzun müddət davamlı olaraq məktəbə getməyib və təhsil ala bilməyib.
BM Uşaqlara Yardım Fondu(UNİCEF) Suriyanın daxilində olan müharibənin başlanmasından sonra ölkədəki mülki şəxslər və uşaq ölümləri ilə bağlı bir hesabat yayımlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2011-ci ilin mart ayından etibarən bu günə qədər Suriyadakı müharibə və daxili ziddiyyətlərə görə 500 minə yaxın mülki şəxs həyatını itirib. Xatırladaq ki, bu dövrdə əhalinin 20 milyonunun yarısı yaşadıqları ərazini tərk etmək məcburiyyətində qalıb. 5 milyondan çox insan başqa ölkələrdə miqrant halına düşüb.
UNiCEF-in ölkə üzrə uşaqlarla bağlı statistika göstərir ki, vəziyyət necə gərgindir. Statistik rəqəmlərə görə 2011-ci ildən bu günə qədər ölkədə 12 min uşaq dünyasını dəyişdi ya da yaralandı. 7 yaşdan aşağı 5 min 700 uşaq isə silahlı atışmaların şahidi olub. Ölkədə 1300 təhsil və tibb mərkəzi silahlı atışmalar və hərbi əməliyyatların davam etməsi səbəbi ilə dağıdılıb.
Rusiya və İranın dəstəyi ilə Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr ölkənin böyük bir hissəsini nəzarət altına keçirib. Müxalifət qrupları ölkənin şimal-qərb hissəsində 3 milyondan çox sığınacaq axtaran şəxslərə çağırışı edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB