Gürcüstanda ötən sutkada daha 159 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 328 nəfər müalicə olunaraq sağalıb. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 275 148-ə, sağalanların sayı isə 268 565-yə yüksəlib. Son 24 saat ərzində virusun səbəb olduğu ağırlaşmalardan vəfat edənlərin sayı 2 nəfər artaraq 3 650 olub.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB