Hindistanda ötən sutka ərzində COVİD-19-a rekord sayda yoluxma halı qeydə alınıb

Hindistanda ötən sutka ərzində COVİD-19-a rekord sayda yoluxma halı qeydə alınıb

Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda - 25 230 yoluxma halı qeydə alınıb.

SİA-nın "livemint.com" saytına istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 11,36 milyon nəfəri ötüb.

Bildirilir ki, son sutkada koronavirusdan 161 nəfər ölüb, ölənlərin sayı 158 607 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə