İranda son sutka ərazində koronavirusa 7593 nəfər yoluxub, 88 pasiyent dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.
Onun sözlərinə görə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 1 746 953, ölənlərin sayı isə 61 230-a çatıb.
Hazırda xüsusi xəstəxanalarda müalicə alan 3831 xəstənin vəziyyəti ağırdır. İndiyədək 1 492 488 xəstə sağalaraq evə buraxılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB