Koronavirusdan ölənlərin sayı 3 255-ə çatıb Ermənistanda

Koronavirusdan ölənlərin sayı 3 255-ə çatıb Ermənistanda
Ermənistanda son sutkada daha 486 nəfər COVID-19-a yoluxub. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 178 385-ə çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 255-ə yüksəlib. COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 837 nəfərdir. İndiyədək 166 180 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 8 113 aktiv koronavirus xəstəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə