İspaniyanın paytaxtı Madriddə minlərlə gənc mərkəzi meydanda etiraz aksiyası keçirməyə davam edirlər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları gecə də meydanı tərk etmirlər. Aksiya iştrakçıları siyasətçilərin rüşvətxorluğundan narazı olduqlarını bəyan edirlər.
Hökumət nümayiş keçirməyi qadağan etsə də, gənclər aksiyaları davam etməkdədirlər. Sabah İspaniyada yerli və bələdiyyə seçkiləri keçiriləcək. Lakin buna baxmayaraq onlar seçkiqabağı küçələrdə aksiya keçirəcəklərini bəyan ediblər.
Xatırladaq ki, artıq bir neçə gündür ki, İspaniyanın 50-dək şəhərində kütləvi aksiyalar keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB