Ən böyük risk: Siqaret - SİQNAL TƏBİLİ ÇALINDI

Ən böyük risk: Siqaret - SİQNAL TƏBİLİ ÇALINDI

Dünya Səhiyyə Təşkilatına görə, bu gün dünyada 600 milyon "Koah" xəstəsi var. Hər il 50 milyon insan bu xəstəliyə tutulursa, bunlardan 3 milyonu bu səbəbdən ölür. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sinə xəstəlikləri mütəxəssisi prof.dr. Yalçın Karakoca mövzu ilə bağlı məlumat verib.

Onun sözlərinə görə, "Koah" ölümcül olan 3-cü xəstəlikdir: "Koah" ağciyərdəki hüceyrələrə ziyan vurur və dönüşü olmadıqda ağciyərdəki hüceyrələr sıradan çıxır. Sirkə, evdə hazırlanan qatıq, turşu və şalqam suyu kimi probiyotiklər bağırsaqlarda yaxşı flora mənbəyidir. Onların istifadəsi allergik xəstəliklərin müalicəsində də çox faydalıdır.

Xalq dilində xroniki bronxit olaraq bilinən "Koah", ağciyərlərdə hava yollarının daralması səbəbi ilə tənəffüs zamanı hava axınının məhdudlaşması ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. "Koah" tənəffüs yollarında tütün tüstüsü, zərərli qazlar və hissəciklər, mikrobial olmayan iltihab səbəbi ilə inkişaf edən xəstəlikdir. Bu iltihab səbəbi ilə tənəffüs yolları getdikcə daralır, ağciyər toxumasındakı hava kisələrində böyümələr baş verir.

"Koah" xəstəsi olan hər 10 nəfərdən yalnız biri xəstəlikdən xəbərdardır. Orta hesabla "Koah" simptomları 50 yaşına qədər hiss olunmaya bilər. Bunun əsas səbəbi, insanın "Koah" simptomlarından xəbərdar olmaması və ya bunu siqaretlə əlaqələndirməsidir.

Xroniki öskürək və bəlğəm xəstəliyin ilk göstəricisidir. Bu simptomlar çox vaxt gözardı edilsə də, xəstəlik şiddətlənəndə pasient həkimə müraciət edir.

Ən böyük risk: Siqaret

"Koah"ın artmasının ən vacib səbəbi aktiv şəkildə siqaret çəkmək və ya tütün istifadəsidir. Bundan əlavə, ətraf mühit və genetik faktorlar da xəstəliyin inkişafında çox təsirli olur. Ətraf mühit faktorları və ya müxtəlif qazlara və tozlara məruz qalma da "Koah" inkişafı üçün risk faktorlarıdır. İrsi "alfa-1" antitripsin çatışmazlığı bilinən ən əhəmiyyətli genetik risk faktorudur; bu vəziyyət ölkəmizdə nadirdir.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə