Bir il keçməsinə baxmayaraq Avropa hələ də COVID-19 pandemiyası ilə mübarizə edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, virusun necə dəyişdiyi barədə ilk məlumatlar may ayının sonu, iyunda peyda olub. Tam bir il əvvəl Çində yeni sirli bir ölümcül virusun yayılmasının ilk xəbərlərindən bir neçə həftə sonra, Dünya Səhiyyə Təşkilatı (DST) COVID-19 epidemiyasını bir pandemiya elan etdi
O vaxtdan bəri, böhran dünyadakı insanların həyatlarını dəyişdirib və ölkələrin inkişafını tamamilə fərqli istiqamətə yönləndirdi. 11 Mart 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı həyəcan siqnalı verərək 125 min təsdiqlənmiş COVID-19-a yoluxan insanın və 5 mindən az ölüm sayının olduğunu bildirdi.
Bu gün ən az 118 milyon insan yoluxub və Con Hopkins Universitetinin hesablamalarına görə 2.6 milyondan çox insan ölüb.
Koronavirus Çindən Avropaya, Amerikaya və Afrikaya qədər dünyada sürətlə yayılaraq, hökumətləri epidemiyanı dayandırmaq üçün görülməyən tədbirlər tətbiq etməsinə məcbur etdi.
Çinin Vuhan şəhəri yanvar ayında ilk dəfə kilidlənməyə başladıqda, oradakı mənzərələr Qərbə tamamilə yad hiss idi və dünya vəziyyətin bu qədər kəskinləşməyini gözləmirdi. Lakin çox keçmədən Roma, Paris, London küçələri də olduqca sakitləşdi və yanvar ayında alimlərin araşdırmaları nəticəsində bəlli oldu ki, koronavirusun yeni növü “SARS-CoV2”dir.
Fevral-mart aylarında – ilk diaqnostik testlər və xəstəlik halları peyda olandan sonra mənzərə az-çox aydınlaşmağa başladı.Virusun necə dəyişdiyi və simptomları barədə ilk məlumatlar may ayının sonu-iyunda açıqlandı. Təxminən elə həmin vaxt vaksinlər üzərində gedən işlər, dərman hazırlanması və seçimi ilə bağlı məlumatlar dərc olunmağa başlandı.
Xatırladaq ki, ölkəmizdə ilk yoluxma fevral ayının 28-də görülüb və Covid-19 test sayı 2 682116-dur. Hazırda 4 877 aktiv koronavirus xəstəsi var.
Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB