Almaniya etibarsız bir müttəfiqə çevrilir?

Almaniya etibarsız bir müttəfiqə çevrilir?

Bir müddət bundan əvvəl Almaniyanı Amerikanın ən əhəmiyyətli müttəfiqlərindən biri olduğunu söyləyən Cozef Bayden sələfi kansler Angela Merkeli bəzi mühüm siyasi mövzularda sərt tənqid edərək, onu Amerikanın mənafelərinə ziyan vurduğunu iddia edirdi. Bəli, edirdi, amma indi... SİA xarici mətbuata istunad edir.

...Amma indi bunlar arxada qalmış kimi görünür. Belə ki, amerikalı prezident ABŞ-ın artıq ümumi bir iş uğrunda mübarizədə Almaniya ilə birlikdə hərəkət edəcəyini söyləyir.

Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Jake Sullivanın tələbinə məhəl qoymayan Merkel Çin investisiyalarına üstünlük verməyə davam etdi.

Qeyd edək ki, bu gün Almaniya ümumi daxili məhsulun 1.3-1.4 faizini müdafiəyə xərcləyir. Əslində bu NATO-nun 2014-cü ildə bütün üzv dövlətlər tərəfindən razılaşdırılmış 2 faiz hədəfindən xeyli azdır. Maraqlıdır ki, bir müddət bundan əvvəl Almaniyanın Vaşinqtondakı səfiri 2024-cü ildə müdafiə xərclərini 1.4 faizdən 2-yə qaldıracaqlarını bildirsə də, amma belə görünür ki, almanlar buna əməl etməyəcəklər.

Bundan əlavə, Almaniya bu gün də rus layihəsi olan “Şimal axını 2”-ni dəstəkləməyə davam edir. Belə görünür ki, bu qaz kəməri, tamamlanacağı təqdirdə, Vladimir Putin Avropaya təzyiq göstərmək üçün enerji mənbələrindən istifadə edə biləcək.

Bu, eyni zamanda Rusiya tərəfindən təhdid edilən qərbyönümlü Ukraynanın da enerji ixracat bazarını kəskin şəkildə zəiflədəcək.

Yeri gəlmişkən, etiraf edilməlidir ki, Merkel son illər Rusiyadan Ukraynaya qarşı olan təzyiqləri aradan qaldırmaq istiqamətində Kremlə xeyli xəbərdarlıqlar edib.

Buna baxmayaraq, Almaniya açıq şəkildə Rusiyanın qanunsuz kimyəvi silah proqramının üç elementinə hələ də ev sahibliyi edir. Belə ki, Rusiya kəşfiyyat xidmətinə məxsus üç kimyəvi silah obyekti bu gün də alman torpağında fəaliyyət göstərməkdədir.

Maraqlıdır ki, rusların müxalifət lideri Aleksey Navalnını zəhərləmək üçün istifadə edilən zəhərin də Almaniyadaki zavod məhsulu olduğu istisna edilmir(?).

Müttəfiqlərin ortaq maraqları bölüşən və ortaq bir iş üçün birlikdə çalışan ortaqlar olmalarını önə çəkən bəzi Avropa saytları yuxarıda sadaladığı faktların heç bir halda Almaniya və ABŞ-ın ortaq maraqlarına şahidlik etmədiyini iddia edirlər.

Lakin bütün bunlara baxmayaraq, ABŞ prezidentinin Almaniyanın bu hərəkətlərinə göz yumub, Merkeli təqdir etməsinə təəccüblərini də gizlədə bilmirlər.

Məsələn, Bayden, “Şimal axını 2”-nin inşası və lisenziyalaşdırılması iştirakçılarına qarşı konqres tərəfindən təsdiqlənmiş sanksiyalar tətbiq etməkdən imtina edir. Ağ Evə və Dövlət Departamentinə bu mövzuda suallar verildikdə isə, onlar cavab verməkdən çəkinirlər.

Maraqlıdır, bəs niyə Bayden ABŞ-ın əsas maraqlarına xələl gətirən bir müttəfiqə bu qədər hörmət göstərir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə