Yəməndə növbədənkənar prezident seçkisi keçiriləcək

Yəməndə növbədənkənar prezident seçkisi keçiriləcək

Yəməndə uzun müddətdir davam edən antihökumət nümayişləri artıq öz nəticələrini verir. SİA-nın xəbərinə görə, ölkə prezidenti Əli Abdullah Saleh elan edib ki, növbədənkənar prezident seçkisi keçiriləcək. Prezident ümid edir ki, neçə aylardır davam edən daxili siyasi böhrana belə son qoyulacaq. Ə.A.Salehi qan tökülməsini dayandırmaqdan ötrü hər kəsi növbədənkənar seçkiyə hazırlaşmağa çağırıb.


Qeyd edək ki, bu vaxta kimi prezident Salehin istefası tələb edilən nümayişlərdə, aksiyalarda 200-dək insan ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə