Bu il Rusiya müsəlmanları üçün Həcc kvotası 20,5 min nəfər üçün nəzərdə tutulub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə qərar Federasiya Şurasında qəbul edilib.
Rusiyanın Həcc məsələləri üzrə Komitə rəhbəri İlyas Umaxanov bildirib ki, Həcc ziyarətinə yollanmaq arzusunda olanlar indidən sənədlərini hazırlamalıdırlar. Onun sözlərinə görə, Həcc ziyarətinə yollananların əsas hissəsi Dağıstan, Çeçenistan, İnquşetiya və Tatarıstandan olacaq.
İ.Umaxanov Yaxın Şərqdə qeyri-stabil vəziyyət ilə əlaqədar ziyarətin təyyarə ilə həyata keçiriləcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB