Rusiya Covid-19-a qarşı istehsal etdiyi “Supitnik-V” vaksini üçün Avropa Birliyi ölkələrində istehsalı üçün ilk müqaviləsini imzalayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müqaviləyə əsasən iyulda İtaliyada istehsal olunacaq və 2021-ci ilin sonuna kimi 10 milyon doz “Supitnik-V” vaksininin təmin edilməsi planlaşdırılıb.
Rus peyvəndinin Avropada istehsal olunmasına dair ilk müqaviləyə görə İtaliya dövləti bütün vaksinasiya ilə bağlı hazırlıq yoxlanmasına icazə verəcək. Avropa Birliyinin dərman vasitələri üzrə Avropa agentliyi ( EMA) hələ də “Sputnik” vaksinini təsdiq etməyib. Avropa Birliyi yetərli vaksin olmadığı üçün tədarük sıxıntısından əsas diqqəti Rusiya və Çində istehsal olunan vaksinlərə yönəldib. Macarıstan, Slovakiya və bir neçə ölkə “EMA”nın təsdiqini gözləmədən rus istehsalı vaksini əhaliyə tətbiq etməyə başlayıb.
“EMA- 4” martda Rusiyanın “Sputnik-V” vaksinini dəyərləndirməyə alındığını söyləyib. Rusiya isə Avropa Birliyinin yavaş davranmasını tənqid edib. Xatırladaq ki,vaksinin təsdiqlənməsi üçün müraciət olduğu təqdirdə təsdiqlənməsi 3 ay çəkir.
Qərb ölkələri bütün klinik sınaqlar tamamlanmadan Rusiya rəsmiləri tərəfindən lisenziyalaşdırılmış vaksindən ehtiyatlanırlar. “The Lancet” elmi jurnalında dərc olunan bir məqaləyə görə, “Sputnik –V” yüzdə 91,6 qorumanı təmin edir.
Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB