Bin Ladenin başına qoyulmuş pulu heç kimi yeyə bilmədi

Bin Ladenin başına qoyulmuş pulu heç kimi yeyə bilmədi

"Əl-Qaida" lideri Üsəma bin Ladenin başına qoyulmuş 25 milyon dollarlıq mükafatı heç kim almayacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın yüksək rütbəli nümayəndələrindən biri bildirib. O, qeyd edib ki, mayın 2-də Amerika xüsusi təyinatlıları tərəfindən məhv edilmiş "Əl-Qaida" liderinin yeri hansısa şəxsin verdiyi məlumat əsasında deyil, elektron izləmə ilə müəyyənləşdirilib: "Buna görə də onun başına qoyulmuş pul heç kimə ödənməyəcək".

Qeyd edək ki, Dünyanın "1 nömrəli" terrorçusu, "əl-Qaidə" lideri Üsamə bin Laden 11 sentyabr terror hücumlarından 10 ilə yaxın bir müddət keçdiyi bir vaxtda məhv edilib. Bu xəbər əvvəlcə Amerika KİV-ləri tərəfindən yayılıb. Bildirilib ki, bin Laden Pakistanın paytaxtı İslamabad yaxınlığındakı villada Amerika xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat nəticəsində öldürülüb. Xəbəri eşidərək sevinən və küçələrə çıxan amerikalılar Vaşinqtonda Ağ Evin qarşısına toplaşıblar. Nəhayət, prezident Barak Obama vitse-prezident Cozef Baydenin, dövlət katibi Hillari Klintonun, Amerika kəşfiyyatının rəhbəri Ceyms Klepperin və digər yüksək rütbəli rəsmilərin müşayiəti ilə Ağ Evdə jurnalistlər qarşısına çıxaraq xəbəri təsdiqləyib.

Obama amerikalılara müraciət edərək deyib ki, prezident səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra o, bin Ladenin öldürülməsi, yaxud tutulması barədə əmr verib. Prezident deyib ki, həmin vaxtdan "əl-Qaidə" rəhbərinin axtarışı gücləndirilib, Amerika kəşfiyyatı bu işə səfərbər olunub. Nəhayət, bin Ladenin harada olduğu barədə 2008-ci ilin avqustunda mühüm kəşfiyyat məlumatları əldə edilib. Aparılan araşdırmalardan sonra informasiyanın doğruluğu bu ilin mart ayında təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə