Erməni ordusunun "qığırdaq toxuması"

Erməni ordusunun "qığırdaq toxuması"

Ermənilər hələ də “məğlubediməz” erməni ordusunun onurğa sütununun Paşinyan tərəfindən necə qırıldığı barədə baş sındırırlar. Axı bu, necə ola bilərdi? Uzun illərin sınağından “uğurla” çıxmış bir ordu, özü də elə belə yox a..., erməni ordusu.

Məncə, burada erməni ordusu ilə bağlı xırdaçılıq etməyə dəyməz, çünki ermənilərin özləri özlərindən elə “qəhrəman” yaratmışdılar ki, bunun son aqibəti də göz önündədir.

Nə isə...SİA erməni mənbələrinə istinad edir.

Bilirsiniz, bu gün ermənilərə yer eləyən nədir? Nikolun erməni ordusundakı onurğa sütununu qıra-qıra daha da yuxarılara getməsi. Eşitmiş olarsız, dünən baş nazir Baş Qərargah rəisi Onik Qasparyanın da “xoruzunu verib qoltuğuna”. Özü də deyib ki, get o yanda banlad. Əslində, mən bu Paşinyanda elə də bir günah görmürəm. Çünki dövlətdə hamı öz yerini bilməlidir. Özü də bu, elə bir dövlət deyil a.., bu Ermənistandır. Dünyanın əksər ölkələrini öz “qəmzəli nazıyla” oynatdığı Ermənistan...

Buna görə də, Onik Qasparyanın dünən dediyim kimi, küyə düşüb, Nikola istefa təklif göndərməsi, onun özünün istefaya göndərilməsi ilə sonuclanıb. Təbii ki, burada Oniki də qınamaq olmaz, düşünüb ki, sabah Paşinyanın yerinə gələn bir başqası sonradan onu Nikola qarşı “passiv”likdə ittiham edə bilər. İndi bu yazıq nə bilsin ki, Nikol da hələm-hələm gedənə oxşamır.

Məsələ bundadır ki, Qasparyan baş nazirin istefasını tələb etdiyi ilk açıqlamanı verəndə bu tələbin erməni müxalifətinə “böyük təkan” verəcəyinə ümid edirdi. Amma sən demə, bütün bunlar yanlışmış. İndi ermənilər Qasparyanın istefaya göndərilməsini Ermənistandakı qanunların işləmədiyi ilə əlaqələndirirlər. Onlar burada elə bil, nəsə, yeni bir şey kəşf ediblər.

Bilirsiniz burada mənim üçün maraqlısı nədir? Ermənistandakı qanun işləməməsinin məhz “Ermənistanın Helsinki Təşəbbüsü” təşkilatının rəhbəri Avetik İşxanyan tərəfindən bəyan edilməsi. Mənə elə gəlir ki, burada “yalan” hay-həşir salmaqda İşxanyanın da öz məqsədi var. Çünki o, Paşinyanı yıxandan sonra, hakimiyyətə Vazgen Manukyanın gələcəyinə əmindir. Bəs, Manukyan kimdir, Avetik İşxanyanın bacısının əri. Bax, mən deyəndə, Siz inanmaq istəmirdiniz. “Ermənistanın Helsinki Təşəbbüsü” təşkilatının rəhbəri quru maaşa qulluq edən bir adamdır. Avetik İşxanyan hansı ermənidən əskikdir, o nə vaxta qədər qəpik-quruşla dolanmalıdır?

Bəyəm, o Ermənistanda qrant oğurlayıb yeyən ermənilərdən ondan artıqdır?

Yaxınlarda Ermənistanda hakimiyyət başına keçən Vazgen Manukyan, təbii ki, qaynına da görüm-baxım eləyər(?).

Deyəsən axı, artıq Manukyan da yavaş-yavaş “arxalı” olduğunu anlamağa başlayır. Belə ki, ötən gün İşxanyanı da arxasında görən Vazgen artıq Paşinyanı həbs etdirə bilməsi ilə “xox” gəlib.

Amma belə görünür ki, Paşinyanın Artak Davtyanı Baş Qərargaha rəisi təyin etmək istəyi, hakimiyyət dəyişikliyi məsələsini konstitusiya yolu ilə həll etmək üçün hazırlanmış manipulyasiya həddini tükəndirir.

Ermənilər burada da Paşinyanın ölkə Konstitusiyasının müddəalarını pozmaqda “ittiham edirlər”.

Onlar xain Nikol Paşinyanın bu gün Ermənistanda olan-qalan erməni həbçilərini də ölkəni tərk edəcəyini bildirirlər. Ermənilər baş nazir, müdafiə naziri və generalların iştirakı ilə telekanallar tərəfindən xalqa göstərilən görüşləri yalnız cəmiyyəti sakitləşdirmək üçün bir mənzərə olduğunu iddia edirlər.

...Sizi bilmirəm, amma mən erməni ordusunun “onurğa sütunu”nun qırıldığına inanıram. Əslində isə, ermənilərin “onurğa sütunu” kimi təqdim etdiklər, heç “qığırdaq toxuması” də deyildi. Ona görə də, bunu təkcə Nikolun adına yazmaq doğru deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə