Koronavirus can almağa davam edir

Koronavirus can almağa davam edir

Gürcüstanda son sutkada koronavirusa 513 yeni yoluxma halı təsdiqlənib, 96 nəfər müalicə olunaraq sağalıb. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 273 650-yə, sağalanların sayı isə 267 111-ə çatıb. Son 24 saat ərzində virusun səbəb olduğu ağırlaşmalardan vəfat edənlərin sayı 12 nəfər artaraq 3 613-ə yüksəlib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə