Ev sahibləri qarşılaşdıqları mənzərədən şoka düşüblər FOTOLAR

Türkiyənin Trabzon şəhərinin Ortahisar mahalında baş verən xəzinə ovu hekayəsi Yeşilçamın “Köyden Şehrə” filmini xatırladıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Trabzonun Ortahisar mahalında 120 illik qeydiyyata alınan 2 mərtəbəli ev xəzinə ovçuları tərəfindən qarət edilib. Evin 10 metr dərinliyini qazan xəzinə ovçuları qazdıqları qazıntıları da yığıblar. Evə gələn sahibləri qarşılaşdıqları mənzərədən şoka düşüblər.

Evin əvvəl yandırıldığını izah edən ev sahiblərindən biri Mevlude Eroğlu, "Evimizi bir müddət kirayə verdik. Daha sonra evin yerləşdiyi məhəllədə quruculuq başlandı. Məhəllə evakuasiya edildi. Evimizi tarixi bir ev kimi qeyd etdilər. Bərpa xərcləri o qədər yüksək idi ki, onu taleyinə buraxmalı olduq. Bir müddət yandırıldığı xəbərini aldıq. Sonra uşaqlarımız evə baxmağa gələndə evin içinin deşildiyini gördü. Nəhəng bir çuxur var idi, təəccübləndik. Bir köstəbək kimi qazmışdılar”-deyə, fikrini bu cür izah edib.

Ev sahibi həmçinin bildirib ki, xəzinə ovçuları evin içərisində qazıntı işləri aparıblar: “Yanğından sonra ev onsuz da yararsız hala düşmüşdü. İndi çuxurdan çıxarılan qalıqlar da əlavə edildikdə, evə daha girilmir. İçəridə 3 maşın dolusu torpaq var. Bir çox qeydiyyatdan keçmiş binanın evləri belə hala gəldi”.

Ev tarixi bina kimi qeydiyyata alındığı üçün mismar vurmağın belə cəza olduğunu söyləyən Mehmet Salih Eroğlu isə deyib ki, bu bina tarixi bir ev olaraq qeydiyyata alındı. Evimizə mismar vurmağımız qadağandır: “Çöldəki divarın çökməsi üçün belə 3 min TL cərimə ödəmişik. Ev hazırda xəzinə ovçuları üzündən istifadəsizdir. Xarabalıqda qaldı. Artıq tarixi əhəmiyyəti yoxdur”.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə