Qadının karyerada yeri yoxdur MARAQLI FAKTLAR

TÜRKSTAT tərəfindən nəşr olunan "Statistikada qadın" adlı araşdırma cinsiyyət rollarını ortaya çıxarır. SİA-nın Türkiyənin sabah.com.tr saytına istinadən verdiyi məlumata görə, uşağın yükü onun çiyinlərində olduğundan qadın iş həyatında sıxışdırılır. Qadın ana olduqda təhsildən uzaqlaşır.

Uşaqlar qadınların iş həyatında ən böyük maneədir. Evlərində 3 yaşınadək uşağı olan 25-49 yaş arasındakı vətəndaşlar qadınlar və kişilər arasında ciddi şəkildə bölünür. Əgər şəxsin 3 yaşdan kiçik uşaqları varsa və bu şəxs kişidirsə, onların 87,3 faizi işləyir. Ancaq eyni şəxs bir qadındırsa, məşğulluq nisbəti yüzdə 26,7-ə düşür.

Qadınlar və iş həyatı arasındakı münasibətlərdəki problemlər yalnız uşağın tam məsuliyyətindən qaynaqlanmır. Eyni zamanda onlar erkən yaşda ana olmaq üçün yetişdirilir. Bunun ən açıq dəlili kişi və qadınların təhsil səviyyələrində ortaya çıxır.

İllər ərzində irəliləyiş əldə olunsa da, bərabərsizlik hələ də davam edir. Məlumata görə, hər 100 qadından 14,3-ü hələ ibtidai məktəbi bitirməyib. Bu rəqəm kişilər üçün 3.6-dır. Universitet təhsilində qadınlar oxşar mənzərə ilə qarşılaşırlar. 25 yaşdan yuxarı kişilərin yüzdə 23,1-i universitet məzunları olduğu halda, qadınlar üçün bu nisbət yüzdə 18,5-dir.

Bununla yanaşı, başqa bir maraqlı məlumat qadınlar arasında, hətta universitet məzunlarının da iş həyatında kişilərdən daha az iştirak etməsidir. Universitet məzunu olan kişilərin yüzdə 77-si işdə olduğu halda, bu nisbət qadınlarda yüzdə 58,3-dir.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...