İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub

İranda ötən sutka ərzində 93 nəfər koronavirusdan (COVID 19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 60 687 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 010 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 689 692 nəfərə çatıb. Virus daşıyıcılarından 3 795 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 442 198 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 11,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...