Ukrayna Prezidenti Saakaşvilini Koordinasiya Şurasından çıxarıb

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini şəhərsalma sahəsində problemlərin həlli üzrə Koordinasiya Şurasından çıxarıb.

SİA Ukrayna mətbuatına istinadən xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin saytında dərc olunub.

M.Saakaşvilinin şuradan çıxarılmasının səbəbi məlum deyil.

Digər qərarla Vladimir Zelenski Ukrayna İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin mütəxəssisi Giorgi Tsxakaianı şəhərsalma üzrə Koordinasiya Şurasının üzvü təyin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə