Müxalifət lideri Vazgen Manukyana qarşı cinayət işi açılıb.
SİA TASS-a istinadla xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi Manukyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə (hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar) ittiham irəli sürüb.
Məlumata görə, Vazgen Manukyan bu il fevralın 12-də və 20-də Azadlıq Meydanında baş tutan mitinqlərdə açıq şəkildə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edib.
Vazgen Manukyana üç ilə qədər həbs cəzası verilə bilər.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB