ABŞ 27 Avropa ölkəsini arxasına aldı və...

ABŞ-ın Aleksey Navalnı ilə bağlı Rusiyaya tətbiq edəcəyi sanksiyalar Avropa Birliyinin tədbirləri ilə müqayisə ediləcək. SİA bu barədə rus mətbuatına istinad edir.

Amerika administrasiyası nümayəndələrindən birinin açıqlamasına görə, sanksiyalar on Rusiya rəsmisinə şamil edilə bilər.

Verilən məlumata görə, Vaşinqton Rusiyaya qarşı sanksiyaları martın 2-də axşam elan etməyi planlaşdırır. Məhdudlaşdırıcı tədbirlər 27 Avropa Birliyinə daxil olan ölkələrin səfirləri ilə də razılaşdırılıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov da Rusiya tərəfinin ABŞ-ın yeni sanksiyalarına qarşılıqlı əlaqə prinsipi ilə cavab verəcəyini söyləyib.

Xatırladaq ki, hələ ki, Rusiyaya qarşı tətbiq edilən bu sanksiyaların fövqündə Aleksey Navalnı, onun zəhərlənməsi dayanır. Belə ki, Berlindəki klinikaların birində müalicə olunan Navalnı 2020-ci il sentyabr ayının sonunda xəstəxanadan çıxsa da, o ailəsi ilə birlikdə Almaniyada qaldı.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun sözlərinə görə, Berlin, iddia edilən hadisə ilə bağlı heç bir dəlil təqdim etmədiyindən, Navalnı ilə vəziyyətin səhnələşdirildiyini düşünmək üçün Moskvanın bütün əsasları var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə