Fransada 19952 yeni yoluxma qeydə alınıb

Fransada son sutkada COVID-19 infeksiyasına 19 952 yeni yoluxma və 122 ölüm faktı qeydə alınıb. SİA xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilir ki, pandemiya başlayandan 61 572-si xəstəxanalarda olmaqla 86 455 ölüm faktı qeydə alınıb. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 3 492 koronavirus xəstəsi intensiv müalicə olunur. Son 24 saatda reanimasiya şöbələrinə 164 ağır xəstə daxil olub. Reanimasiya şöbələrində ağır xəstələrin sayının artması narahatlıq doğurub.

Dekabrın sonunda başlayan peyvəndləmə kampaniyası çərçivəsində 2 967 937 milyon insan birinci doza, 1 582 433 insan isə ikinci doza peyvənd edilib. Ölkədə Pfizer/BioNtech peyvəndindən istifadə olunduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə