Meksikada 11 nəfər silahlı hücumun qurbanı olub

Meksikanın Xalisko ştatında silahlı hücum nəticəsində on bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, regional prokurorluq araşdırmanın aparıldığını bildirib. "Emiliano Sapata küçəsinin səkisində odlu silahdan açılan atəşlə öldürülmüş 10 kişinin meyiti aşkarlanıb. Bundan başqa, evlərdən birində həddi-buluğa çatmamış kişinin meyiti aşkarlanıb. Onun da bədənində odlu silahdan açılan atəş xəsarətləri var", - Xalisko ştatının Prokurorluğunun saytındakı bəyanatda deyilir. Prokurorluğun məlumatına görə, daha iki nəfər - qadın və uşaq - güllə xəsarətləri alıb, onlara tibbi yardım göstərilir. Ştat prokurorluğu kütləvi qətl faktı üzrə araşdırmaya başlayıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə